03 sentyabr 2012, 20:25

Muxtar Əsədovdan, Ağcabədi, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Qəhrəman zabitimiz Ramil Səfərovun Macarıstanda ömürlük həbs cəzasına məhkum edilməsi bizi nə qədər kədərləndirmişdisə, onun Vətənə gətirilərək azadlığa buraxılması, işlə təmin edilməsi bir o qədər sevindirmişdir. Qeyrətli Vətən övladımızın azad olunmasında göstərdiyiniz qətiyyətə, cəsarətə, humanizmə görə Sizə səmimi qəlbdən təşəkkür edirik. Siz bu addımınızla bir daha sübut etdiniz ki, hər bir azərbaycanlının Prezidentisiniz! Xalqımız hər bir işdə Sizə inanır, güvənir və arxalanır. Allah Sizi qorusun!

Hörmətlə,

Muxtar Sərxan oğlu Əsədov
Azərbaycan Respublikası, Ağcabədi rayonu.