11:45
“Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
28 iyul 2022, 17:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 6, maddə 650; 2009, № 6, maddə 424, № 7, maddə 589; 2010, № 9, maddə 773; 2012, № 2, maddə 121; 2014, № 2, maddə 112, № 4, maddə 391, № 6, maddə 644; 2015, № 7, maddə 852; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 1, maddə 79, № 8, maddə 1677; 2021, № 7, maddə 820; Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 may tarixli 3295 nömrəli Sərəncamı) 1-ci hissəsində “Azərbaycan Respublikası Baş nazirinin birinci müavini” sözləri “Azərbaycan Respublikasının iqtisadiyyat naziri” sözləri ilə əvəz edilsin və həmin hissədən “Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” sözləri çıxarılsın.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilmiş dəyişiklik barədə Türkmənistan tərəfinə müvafiq bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 iyul 2022-ci il
11:45
19:22
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Zati-aliləri cənab İlham Əliyev.
Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
“Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsinin Qazaxıstan ərazisində...
17 yanvar 2025, 19:2217:17
15:50
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, möhtərəm İlham Heydər oğlu.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası nəticəsində həlak olan Azərbaycan...
17 yanvar 2025, 15:5014:08
13:33
12:55
Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Cənab Prezident.
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin dekabrın 25-də faciəvi şəkildə qəzaya uğraması və 38 nəfərin ölümü, 29 nəfərin yaralanması ilə...
17 yanvar 2025, 12:5513:26
PDF yükləyin
16 yanvar 2025, 13:2613:24
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “Rəqəmsal inkişaf sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli...
16 yanvar 2025, 13:2413:22
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
16 yanvar 2025, 13:2211:30
16:54
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Keçən il dekabrın 25-də Bakı-Qroznı reysini həyata keçirən təyyarənin qəzaya uğraması nəticəsində insanların həlak olması barədə...
15 yanvar 2025, 16:54