05 sentyabr 2012, 21:00
M.Mehtiyevdən, Bakı, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan!
Azərbaycanın qəhrəman oğlu Ramil Səfərovun Vətənə gətirilməsi və Sizin müvafiq Sərəncamınızla əfv olunması xəbəri bütün xalqımız kimi, Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Nizami rayon şöbəsinin bütün üzvlərinin hədsiz sevincinə səbəb olmuşdur. Bu sevinci bizə yaşatdığınıza görə, rəhbərlik etdiyim kollektiv adından Sizə - Ali Baş Komandan cənab İlham Əliyevə ulu Tanrıdan möhkəm cansağlığı, Azərbaycanın inkişafı naminə apardığınız işlərdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
M.Mehtiyev, Qarabağ müharibəsi əlilləri, veteranları və Şəhid Ailələri İctimai Birliyi Bakı şəhəri Nizami rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, Bakı şəhəri.