Müqəddəs Nəbiyevdən, Lerik, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər onların yaşayışına yaxşı təsir göstərir. Ünvanlı yardımın təyin olunması, müavinət və təqaüdlərin verilməsi, bunun əyani sübutudur.
Cənab Prezident, rayonumuzun bütün ictimai və sosial problemlərinə operativ və həssaslıqla yanaşılır. Bizim ailə də aztəminatlı ailə olaraq ünvanlı sosial yardım hüququndan yararlanıb. Ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdən razılığımı bildirirəm. Hər zaman xalqın yanında olduğunuza görə sizə şəxsən öz adımdan və ailəm adından təşəkkürümü bildirirəm.
Sizə uzun ömür, cansağlığı, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Nəbiyev Müqəddəs Şəmi oğlu
Azərbaycan Respublikası, Lerik rayonu, Bibiyanı kəndi.