08 avqust 2022, 17:00

İradə Bayramovadan, Lerik, Azərbaycan

Möhtərəm cənab Prezident.

Ölkəmizin Sizin kimi qayğıkeş, humanist və alicənab Prezidentinin olması bizim üçün həm böyük şans, həm də qürur mənbəyidir. Otuz ildir erməni tapdağı altında olan doğma Vətən torpaqlarımız Sizin öndərliyiniz və eyni zamanda, şəhid və qazilərimizin qanı bahasına azad olundu. İndi istər Vətənimizdə, istərsə də xaricdə başımız dik, alnımız açıq şəkildə gəzə bilirik.

Mən həm ailə başçısını itirmiş, həm də III qrup əlil kimi dövlətimin qayğısını daim üzərimdə hiss etmişəm. Pensiyalarımızın vaxtında ödənilməsi, pensiyaların hər il artırılması bu qayğının sübutudur. Bu qayğı Sizin hər bir vətəndaşa olan diqqətinizin təzahürüdür.

Buna görə Sizə minnətdarlığımı bildirirəm. Allah həmişə yanınızda olsun.

Hörmətlə,

İradə Bayramova

Azərbaycan Respublikası, Lerik rayonu, Monidigah kəndi.