Neman Yediyarov və başqalarından, Zərdab, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Biz ulu öndərimiz Heydər Əliyevə minnətdarıq ki, Sizin kimi qayğıkeş, müdrik, güclü siyasi xadim yetişdirmişdir.
44 günlük Vətən müharibəsində şanlı Qələbəmizi şərtləndirən yüksək idarəçilik məharətiniz bütün dünyanı heyrətə gətirdi.
Sizin şəhid ailələrinin və müharibə əlillərinin rifahının və həyat şəraitinin yüksəldilməsinə göstərdiyiniz diqqət və qayğı xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bütün Qarabağ Müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi bunun bariz nümunəsidir.
Cənab Prezident, buna görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Allah Sizi pənahında saxlasın.
Hörmətlə,
Yediyarov Neman - Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Zərdab rayon şöbəsinin sədri
Qəhrəmanov Asif - Qarabağ müharibəsi əlili
Cəbrayılov Soltan - Qarabağ müharibəsi əlili
Cəmiyyətin üzvləri
Azərbaycan Respublikası, Zərdab rayonu