Nəvai Həsənovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin uğurlu siyasətinizin nəticəsidir ki, ölkə vətəndaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər onların yaşayışına müsbət təsir göstərir.
Ünvanlı sosial yardımların təyin olunması, sosial müavinətlərin və təqaüdlərin verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi bunun əyani sübutudur.
Cənab Prezident, ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə həyata keçirilən tədbirlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Mən aztəminatlı ailənin üzvüyəm. Ailəmizə ünvanlı sosial yardım təyin olundu. İnanırıq ki, bundan sonrakı yaşayış şəraitimiz daha yaxşı olacaq. Bu qayğıya görə təşəkkür edir, Sizə uzun ömür, cansağlığı, Azərbaycanın inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Həsənov Nəvai Soltan oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.