10 avqust 2022, 12:30
Bəylər Teymurovdan, Abşeron, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin qətiyyətinizlə, rəşadətli Ordumuzun qəhrəmanlığı ilə erməni işğalçılarını diz çökdürərək Qarabağımızı mənfur düşmənin əlindən geri aldıq.
Mən 1992-ci ildə torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ağır güllə yarası almışam, Qarabağ müharibəsinin ikinci qrup əliliyəm.
Göstərdiyiniz diqqət və qayğıya görə müharibə iştirakçıları adından Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Eşq olsun Müzəffər Ali Baş Komandana!
Eşq olsun Azərbaycan Ordusuna və xalqına!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Teymurov Bəylər Vaqif oğlu
Qarabağ müharibəsinin II qrup əlili
Azərbaycan Respublikası, Abşeron rayonu, Məmmədli kəndi