10 avqust 2022, 15:48

Ramil Əbilovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident.

Hər zaman xalqımızın yanında olduğunuza, bizə qayğı göstərdiyinizə görə şəxsən ailə üzvlərim və öz adımdan Sizə təşəkkürümü bildirirəm.

Ünvanlı sosial yardımın təyin olunması, müavinətlərin, təqaüdlərin verilməsi, əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi Sizin vətəndaşlara olan diqqətinizin, qayğınızın əyani təsdiqidir.

Cənab Prezident, ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər vətəndaşlarımız tərəfindən böyük məmnunluqla qarşılanır.

Mən aztəminatlı ailənin üzvüyəm, bizə ünvanlı sosial yardım təyin olunmuşdur. Fürsətdən istifadə edərək Sizə dərin təşəkkürümü bildirir, ölkəmizin inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Əbilov Ramil Qiyasxan oğlu

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.