17 avqust 2022, 13:46

Hüseyn Nurməmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

44 günlük Vətən müharibəsində qazandığımız Qələbə tariximizin şanlı səhifəsinə çevrildi.

Qarabağımızda həyata keçirilən möhtəşəm quruculuq işləri dövlətimizin qüdrətini, Sizin güclü siyasi iradənizi əks etdirir.

Mən Vətən müharibəsində iştirak edərək Zati-aliniz tərəfindən “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif olunmuşam və bundan böyük qürur hissi keçirirəm.

Müharibə dövründə xalqımızın nümayiş etdirdiyi həmrəylik və birlik Sizə daha da inam verərək möhtəşəm Zəfərimizi gerçəkləşdirdi.

Cənab Prezident, mən də müharibə iştirakçısı kimi Sizin tərəfinizdən hər cür diqqət və qayğı ilə əhatə olunmuşam. Buna görə bütün müharibə iştirakçıları adından, şəxsən öz adımdan Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Eşq olsun Müzəffər Ali Baş Komandana!

Eşq olsun Azərbaycan Ordusuna və xalqına!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Nurməmmədov Hüseyn Mikayıl oğlu

Vətən müharibəsi iştirakçısı

Azərbaycan Respublikası, Gəncə şəhəri, Yeni Qəsəbə.