Novruz Əsədov və Fəyyaz Mustafayevdən, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin və Mehriban xanımın Basqal qəsəbəsinə səfəriniz bizi çox sevindirdi.
Basqal qəsəbəsinin tarixində ilk dəfə idi ki, dövlət başçısı buraya səfər edirdi. Bu tarixi hadisəyə, qəsəbənin tarixi irsinə göstərdiyiniz diqqətə görə sakinlər adından Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz inanırıq ki, doğma Basqalımızda aparılan abadlıq və quruculuq işləri bundan sonra da davam edəcək, Sizin və Mehriban xanımın qəsəbəmizə səfərləriniz davamlı olacaqdır. Hər bir basqallı adından Sizə sonsuz minnətdarlığımızı bildirir, cansağlığı və ölkəmizin inkişafı yolunda işlərinizdə yeni uğurlar arzu edirik.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Əsədov Novruz Yunis oğlu
Mustafayev Fəyyaz Tələt oğlu
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Basqal qəsəbəsi