18 avqust 2022, 13:15

Rafail Cəfərovdan, Zərdab, Azərbaycan

Möhtərəm cənab Prezident.

44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbə ilə bütün şəhidlərimizin ruhu şad oldu.

Mən şəhid Rafail Cəfərovun övladıyam, 1993-cü ildə anadan olmuşam. Həmin vaxt atam məni xəstəxanadan evə gətirdikdən sonra müharibəyə yollanıb. 1994-cü ildə I Qarabağ müharibəsi zamanı Ağdamda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid övladı olduğuma və atamın adını daşıdığıma görə qürur duyuram.

Əziz Prezidentim, Siz öz cəsarətiniz və sərkərdəlik məharətinizlə bütün şəhidlərin, o cümlədən atamın qisasını aldınız. Çıxışlarınızda həmişə qeyd edirsiniz ki, şəhidlərimizin qanı yerdə qalmır və bundan sonra da qalmayacaqdır. Bu yaxınlarda həyata keçirilən “Qisas əməliyyatı” bunun bariz nümunəsidir.

Cənab Prezident, Siz xalqımızın əsl Liderisiniz. Sizə sonsuz minnətdarlığımı ifadə edərək özünüzə və ailənizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Ulu Tanrı Sizi və ailənizi hifz etsin.

Hörmətlə,

Cəfərov Rafail Rafail oğlu

Azərbaycan Respublikası, Zərdab rayonu.