20 avqust 2022, 15:05
Kamil Məmmədovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Sizin rəhbərliyinizlə ölkəmizin bütün sahələrdə uğurla inkişaf etməsi, xalqımızın tarixi nailiyyəti olan ərazi bütövlüyümüzün bərpası, eləcə də Laçın şəhərinin işğaldan azad olunması ilə bağlı nümayiş etdirdiyiniz qətiyyətli mövqe bütün xalqımız, o cümlədən biz laçınlılar tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanır.
Cənab Prezident, Laçın sakinlərinin qayıdışı ilə əlaqədar müvafiq göstəriş verməyiniz bizə sevinc göz yaşları bəxş etdi. Bütün bunlara görə Zati-alinizə təşəkkür edir, Vətənimizin daha da inkişafı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq.
Ulu Tanrı Sizə yar olsun!
Hörmətlə,
Məmmədov Kamil Məmməd oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.