22 avqust 2022, 18:00
Rəziyə Qəhrəmanovadan, Gəncə, Azərbaycan
Cənab Prezident.
Sizin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır. Mən şəhid anasıyam. Dövlətimiz tərəfindən bizə şamil edilən güzəşt və imtiyazlar, xüsusilə də mənzil-məişət şəraitimizin yaxşılaşdırılması sahəsində görülən məqsədyönlü işlər Sizin nə qədər qayğıkeş, xalqına xidmət edən bir Lider olduğunuzu sübut edir.
Hörmətli cənab Prezident, şəhid ailələrinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olan bu işlərə görə Sizə sonsuz minnətdarıq.
Allah Sizi qorusun!
Hörmətlə,
Qəhrəmanova Rəziyə Mirəli qızı, şəhid anası.
Azərbaycan Respublikası, Gəncə şəhəri.