Laçın rayonunun Sus kəndinin sakinlərindən, Sumqayıt, Azərbaycan
Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Sizin həyata keçirdiyiniz düşünülmüş və uzaqgörən siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf etmiş, beynəlxalq aləmdə nüfuzu daha da artmış və ciddi söz sahibinə çevrilmişdir. Məhz Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanaraq torpaqlarımızı mənfur düşmənin işğalından azad etdik, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Hazırda həmin torpaqlarda bərpa-quruculuq işləri uğurla davam etdirilir. Bütün bunlar Sizin qətiyyətinizin, möhkəm iradənizin, Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir.
Cənab Prezident, biz - Laçın rayonunun Sus kəndinin sakinləri bu məktubu Sizə böyük minnətdarlıq hissi ilə yazırıq. Laçın şəhərinin, Sus və Zabux kəndlərinin sakinlərinin öz ata-baba yurdlarına qaytarılması ilə bağlı tapşırıq verdiyinizi eşidəndə sevincimizin həddi-hüdudu olmadı. Bu cür gözəl hissləri bizə yaşatdığınıza görə Sizə təşəkkürümüzü bildiririk.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, ölkəmizin daha parlaq gələcəyi naminə fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.
Laçın rayonunun Sus kəndinin sakinləri adından hörmətlə,
Həsənov Vaqif Aslan oğlu
İbrahimov Rövşən İsmayıl oğlu
Həsənov Mübariz Vaqif oğlu
Hüseynov Pənah Vaqif oğlu
Məhəmmədov Polad Bəhlul oğlu və başqaları (cəmi 60 nəfər).
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.