Əli Cəfərovdan, Goranboy, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Mən Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsiyəm, Tarix-coğrafiya fakültəsində tarix ixtisası üzrə təhsil alıram.
İlk növbədə, Sizə ailəm adından minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, yaxşı təhsil almağımız üçün bu cür şərait yaratmısınız. Həm ölkə daxilində yeni təhsil müəssisələri, tədris korpusları tikilib istifadəyə verilmiş, həm də gənclərin dünyanın sayılıb-seçilən ali təhsil ocaqlarında oxumaqları üçün geniş imkanlar yaradılmışdır. Mən və mənim kimi bütün tələbələr bu imkandan istifadə edərək daha yaxşı təhsil alır, biliyimizi zənginləşdiririk. Öz ixtisasım üzrə ölkəmə layiqli mütəxəssis olmağa çalışacağam.
Biz xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə bir daha minnətdarlığımı bildirirəm, Müzəffər Ali Baş Komandan.
Hörmətlə,
Cəfərov Əli Mehman oğlu
Tələbə
Azərbaycan Respublikası, Goranboy rayonu, Dəliməmmədli şəhəri.