27 avqust 2022, 15:35

Qorxmaz Qarayevdən, Şirvan, Azərbaycan

Möhtərəm cənab Prezident.

Öncə, Sizi salamlayıram. Mən şəhid qardaşıyam. Qardaşım Elnur Qarayev həm 2016-cı ildə həqiqi hərbi xidmət zamanı məşhur Aprel döyüşlərində, həm də Vətən müharibəsində fəal iştirak etmişdir. 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə yollanan Elnur ağır döyüşlərin birində mühasirəyə düşür, özü ilə birlikdə düşmənləri də partladaraq şəhadətə yüksəlir. Ölümündən sonra ona “Xocavəndin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni verilir. Mən şəhid qardaşımla fəxr edirəm.

Həmçinin ona görə fəxr edirəm ki, bu gün ölkəmizin inkişafı, xalqımızın firavan yaşayışı, gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşması üçün məqsədyönlü işlər görülür. Narkomaniya ilə mübarizə də bu qəbildəndir. Xüsusilə, son vaxtlar Azərbaycanın hər yerində, eləcə də yaşadığım Şirvan şəhərində bu bəla ilə mübarizə daha da sərtləşdirilmişdir. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin kütləvi şəkildə həbs olunmasının şahidiyik.

Cənab Prezident, xalqımızın gələcəyi naminə görülən məqsədyönlü işlərə görə həm öz adımdan, həm də qohum-qonşular adından Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.

Hörmətlə,

Qarayev Qorxmaz Qalib oğlu

Şəhid qardaşı

Azərbaycan Respublikası, Şirvan şəhəri.