15:47

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib.
Birinci vitse-prezidentin şəxsi instaqram hesabında bununla bağlı etdiyi paylaşımda deyilir:
“Hörmətli həmvətənlər!
Əziz bacılar və qardaşlar!
Ad günüm münasibətilə təbriklərinizə görə sizə təşəkkür edirəm. Səmimi, xoş arzularınıza görə çox sağ olun. Sizin sevginizi, etimadınızı, dəstəyinizi və qayğınızı hiss etdikcə bir daha anlayıram – Ləyaqətli xalqımızın nümayəndəsi olmaq böyük xoşbəxtlikdir!
Vətənimiz və hər bir Azərbaycan vətəndaşı üçün dua edirəm.
Uca Allah Azərbaycanı bəd-nəzərdən, bütün bəla və müharibələrdən qorusun!
Hər kəsə möhkəm cansağlığı və uzun ömür bəxş etsin!
Bütün xəstələrə şəfa versin, onları ağrı-acılardan qurtarsın!
Allah bütün böyükləri, valideynləri qorusun, bütün Atalara və Analara uzun ömür nəsib etsin!
Qoy övladlarımız sağlam və xoşbəxt olsun!
Uca Tanrı Vətənimizin keşiyində dayanan hər bir əsgər və zabitimizi, bütün mərd oğul və qardaşlarımızı qorusun! Bütün şəhidlərimizə rəhmət, onların doğmalarına səbir diləyirəm!
Allah Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, güc və səbir versin! Onun yükü ağırdır, ancaq onun gücü Ləyaqətli xalqımızın gücündə və birliyindədir!
Uca Allah, səhvlərimizi bağışla, mərhəmətini bizdən əsirgəmə, ölkəmizə sülh və əmin-amanlıq bəxş et! Hər kəsi doğru yola – sevgi və xeyirxahlıq yoluna yönəlt!
Sevgilərlə,
Sizin MEHRİBAN”.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar qərara alıram:
1. 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak...
21 aprel 2025, 16:40Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi məqsədilə Bakı şəhəri...
21 aprel 2025, 16:38Zati-həzrətləri.
Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.
Roma Papası Fransiskin simasında beynəlxalq...
21 aprel 2025, 14:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan...
19 aprel 2025, 11:34PDF yükləyin
19 aprel 2025, 11:32Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...
19 aprel 2025, 11:30Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci və 6-cı bəndlərini rəhbər tutaraq, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:28Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7...
19 aprel 2025, 11:26Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
19 aprel 2025, 11:24Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda...
19 aprel 2025, 11:22