01 sentyabr 2022, 14:31
Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan
Əziz və hörmətli Prezidentim.
Sizi bütün qəlbi ilə dəstəkləyən vətəndaş kimi minnətdaram ki, Azərbaycanımızın gözəl guşələri olan Laçın şəhərini, Zabux və Sus kəndlərini yenidən xalqımıza geri qaytardınız.
Mən Sizinlə qürur duyuram. Sizin müdrik siyasətiniz Azərbaycanımızı daim gücləndirir və inkişaf etdirir. Azərbaycan tarixində Sizin kimi müdrik insanın olması mənim üçün qürurvericidir.
Allah Sizə və ailənizə cansağlığı, uzun ömür versin. Allah hər zaman Sizə kömək olsun. Çox sağ olun, cənab Prezident.
Hörmətlə,
Hüseynov Vüsal Ceyhun oğlu
Azərbaycan Respublikası, Göyçay şəhəri.