05 sentyabr 2022, 17:48

N.Həsənovdan, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident.

Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycan xalqı möhkəm birliyə sahibdir, onun güclü dövləti və milli iradəsinin rəmzi olan güclü dövlət başçısı, qətiyyətli və cəsarətli Ali Baş Komandanı var. Ümummilli liderimiz Heydər Əliyevin siyasəti Sizin tərəfinizdən uğurla həyata keçirilir və bunun müsbət nəticələri həyatda öz əksini tapır. Dövlətimiz bütün sahələrdə əsaslı inkişaf dövrünü yaşayır.  

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin Mingəçevir şəhər şöbəsinin üzvləri də Sizin daxili və xarici siyasətinizi bəyənir və müdafiə edir. Uğurlu kadr siyasətiniz də təqdirəlayiqdir.

Bu gün Azərbaycanda müharibə veteranlarının işlə təmin olunması üçün mühüm işlər görülməkdədir. Yaşadığım Mingəçevir şəhərində fəaliyyət göstərən “Azərbaycan İES” MMC-də onlarca Qarabağ müharibəsi veteranı çalışır. Onların sosial problemlərinin həlli də dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır.

Müzəffər Ali Baş Komandan, biz hər zaman Sizin əmrinizə müntəzirik.

Hörmətlə,

N.Həsənov

“Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədr müavini, Birliyin Mingəçevir şəhər şöbəsinin sədri

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.