06 sentyabr 2022, 16:01

Bəhlul Əhmədovdan, Astara, Azərbaycan

Çox hörmətli Müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu əzəli torpaqlarımız olan Qarabağı 30 ildən sonra düşmən işğalından azad edib bizə qaytardı. Buna görə bütün Azərbaycan xalqı Sizə və ordumuza təşəkkür edir.

Bu gün xalqımız respublikamızda apardığınız kadr və struktur islahatlarını dəstəkləyir. Bunun nəticəsində bir sıra sahələrdə ciddi dönüş yaranmış, qayda-qanun, nizam-intizam yüksək səviyyəyə çatdırılmışdır, müraciətlərə vaxtında və düzgün baxılması təmin olunur.

Mən bir müddət əvvəl həyətyanı torpaq sahəmi sənədləşmək üçün getdiyim aidiyyəti dövlət qurumlarında yüksək səviyyədə qəbul olundum. Məsələnin düzgün, obyektiv həllinə kömək edildi. Həmçinin xüsusi qeyd etmək istəyirəm ki, bu gün respublikamızda şəhid ailələrinə, qazilərə və veteranlara böyük hörmətlə yanaşılır, onlara yüksək səviyyədə xidmət göstərilir.

Astara ağsaqqalları adından Sizə təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əhmədov Bəhlul Əmir oğlu

Azərbaycan Respublikası, Astara şəhəri.