Maksim Həsənovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
İlk növbədə, ata-baba torpaqlarımızı mənfur düşmənin tapdağından azad etdiyinizə görə Sizə şəxsən öz minnətdarlığımı bildirirəm.
Cənab Prezident, ailədə 7 nəfərik, özüm və yoldaşım xəstəyik. Oğlumun işə düzəlməsi ilə bağlı müraciət etmişdim. Ailəmizin dolanışığı üçün oğlumun işləməsinə böyük ehtiyacımız var idi. Sizin diqqətinizin, qayğınızın, tapşırıq və tövsiyələrinizin nəticəsidir ki, rayon ərazisində oğlum müvafiq işlə təmin olundu və ailəmizin güzəranını yaxşılaşdırmaq imkanı əldə etdi. Buna görə Sizə dərin təşəkkürümü bildirirəm.
Sizin apardığınız uğurlu siyasət və bütün sahələrdə həyata keçirdiyiniz islahatlar ölkəmizin sürətli inkişafına, əhalimizin sosial rifahının yaxşılaşmasına xidmət edir.
Cənab Prezident, yorulmaz fəaliyyətinizlə dövlətimizi yüksəklərə qaldıraraq mövqeyimizi hər sahədə gücləndirmisiniz.
Hər zaman xalqımızın yanında olduğunuza, bizə qayğı göstərdiyinizə görə, şəxsən öz adımdan və ailəm adımdan Sizə təşəkkürümü bildirirəm.
Allah Sizi qorusun!
Hörmətlə,
Həsənov Maksim Varaşil oğlu
Azərbaycan Respublikası, Ağdam rayonu, Əfətli kəndi