08 sentyabr 2022, 12:52

Vaqif Hüseynovdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Müasir müstəqil Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, hərbi qüdrətini artıraraq öz ərazi bütövlüyünü bərpa etməsi xalqımıza hədsiz sevinc, böyük ruh yüksəkliyi bəxş etmişdir. Doğma yurdu abad, firavan görmək hər bir vətəndaşın arzusudur. Bu gün Azərbaycanın hər bir bölgəsinə, hər bir kəndinə nəzər saldıqda qəlbən öyünürük. Abadlıq işləri ölkəmizin mənzərəsini dəyişir, sosial problemlər həll olunur, insanlar xoş güzərana qədəm qoyurlar. Biz bu işləri çox yüksək qiymətləndiririk. Ölkəmiz, xalqımız üçün görülən misilsiz işlərə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Eyni zamanda, qeyd etməyi özümə borc bilirəm ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işində də müsbət dəyişikliklər görürük. Aidiyyəti qurumlarda vətəndaşların qəbulu, onlara göstərilən xidmətin səviyyəsi ildən-ilə yüksəlməkdədir. Bütün bunlar vətəndaşları sevindirir, xalqda öz dövlətinə olan inamı artırır, xalq-dövlət birliyini daha da möhkəmləndirir.

Cənab Prezident, biz Sizi çox sevir və Sizinlə fəxr edirik.

Allah Sizi qorusun!

Hörmətlə,

Hüseynov Vaqif,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.