09 sentyabr 2022, 14:42
Ceyhun Əliyevdən, Daşkəsən, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Vətən müharibəsi əliliyəm, ehtiyatda olan baş leytenantam.
Öncə, Sizə öz minnətdarlığımı bildirirəm ki, şəhid ailələrinə və müharibə əlillərinə daim diqqət göstərirsiniz. Allah Sizi qorusun.
Cənab Prezident, çox sağ olun ki, şəhid ailələrinə və müharibə əlillərinə xidmət göstərmək üçün "YAŞAT" fondunu yaratmısınız. Fondun fəaliyyətindən, bizə qayğı ilə yanaşan əməkdaşlarından razılığımız böyükdür. “YAŞAT” fondu sözün əsl mənasında bizi yaşatdı.
Ömrünüz uzun olsun, Müzəffər Ali Baş Komandan!
Hörmətlə,
Əliyev Ceyhun Məşdi oğlu
Vətən müharibəsi əlili
Azərbaycan Respublikası, Daşkəsən rayonu, Aşağı Daşkəsən kəndi