10 sentyabr 2022, 16:26

Elnur Səfərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin uğurlu fəaliyyətiniz və uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz bütün sahələrdə gündən-günə inkişaf edərək dünya ölkələri arasında öz mövqeyini daha da gücləndirir. Bunun nəticəsidir ki, Cənubi Qafqazda lider ölkəyə çevrilmişik. Zamanla güclənən iqtisadiyyatımız düşmənə bütün istiqamətlərdə qalib gəlməyə səbəb oldu. Yürütdüyünüz siyasətlə, ölkə olaraq bir çox beynəlxalq layihələri uğurla idarə etdik və beynəlxalq təşkilatlarda söz sahibi olduq.

Sizin rəhbərliyinizlə düşmən üzərində əldə olunan qələbə Azərbaycan tarixinin ən şanlı səhifəsi olmaqla yanaşı, müstəqil Azərbaycanın gücünü bütün dünyaya bir daha göstərdi. Bu qələbə ilə Siz həm Azərbaycan xalqının illərdir qəlbində bəslədiyi arzusunu, həm də bir layiqli övlad kimi atanız – ulu öndər Heydər Əliyevin nəsihətini həyata keçirdiniz.

Məhz Sizin siyasətinizlə güclənən Azərbaycan iqtisadiyyatının nəticəsidir ki, torpaqlarımızda bərpa-quruculuq işləri fasiləsiz olaraq yerinə yetirilir. İşğaldan azad olunduqdan sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində mötəbər tədbirlərin keçirilməsi, keçmiş məcburi köçkünlərin Zəngilan rayonunun Ağalı kəndinə qayıdışı, Laçın şəhərinin, Sus və Zabux kəndlərinin geri qaytarılması bir vətəndaş kimi məndə Sizin apardığınız siyasətə olan dəstəyi və sevgini artırmaqdadır.

Hörmətli cənab Prezident, Füzuli rayonundan olan keçmiş məcburi köçkün kimi doğma torpaqlarımıza qayıtmaq sevincini bizə yaşatdığınız üçün Sizə sonsuz minnətdaram. İnanıram ki, illərdir dəstəklədiyim siyasətiniz Azərbaycan xalqının xoş günləri üçün hələ uzun illər faydalı olacaqdır.

Allah Sizə uzun və sağlam ömür nəsib etsin.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Səfərov Elnur İbiş oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri.