10 sentyabr 2022, 14:37

Narıngül Baziyaridan, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən üzləşdiyim problemlə əlaqədar Sizə müraciət etmişdim. Çox sağ olun ki, məni – pensiyaçı müəllimi darda qoymadınız. Müraciətimə baxıldı və məni narahat edən məsələ tezliklə öz həllini tapdı. Bununla əlaqədar Sizə sonsuz təşəkkürümü bildirirəm.

Sizin bu alicənablığınız bir daha sübut edir ki, Sizin siyasətinizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sizin varlığınız bizim xoşbəxtliyimizdir. Arzum budur ki, dayandığınız o uca zirvədə əbədi qalasınız.

Köməksizlərin köməyi, ümidsizlərin ümid yeri olan, cənab Prezident, Sizinlə fəxr edirəm. Sizə sonsuz məhəbbəti olan bütün Azərbaycan vətəndaşları adından, müəllim yoldaşlarım və nəhayət ailəm adından Sizə bir daha dərin təşəkkürümü bildirirəm.

Allah Sizi və xalqımızı qorusun, uğurlarınızı daha da bol eləsin. Həmişə Sizin üçün dualar edəcəyəm. Sizə və doğmalarınıza sağlam və uzun ömür arzu edirəm.

Biz birlikdə güclüyük!

Dərin hörmət və ehtiramla,

Baziyari Narıngül Nüsrət qızı

Azərbaycan Respublikası, Yevlax rayonu, Varvara kəndi.