Tural Abdullayevdən, Neftçala, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin apardığınız uğurlu siyasət və bütün sahələrdə həyata keçirdiyiniz məqsədyönlü islahatlar ölkəmizin sürətli inkişafına, əhalinin sosial rifahının yaxşılaşmasına xidmət edir. Əvvəllər kəndlərdə mövcud olan bir sıra problemlər aradan qaldırılmış, insanlara firavan həyat bəxş olunmuşdur.
Sakini olduğum Neftçala rayonunun Ərəbqardaşbəyli kəndi bir neçə il bundan əvvəl təbii qazla təmin edilmişdir. Hazırda isə kənddə elektrik naqillərinin və transformatorların yenisi ilə əvəz olunmasına başlanılmışdır.
Göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Həyatınız daim firavan olsun.
Hörmətlə,
Abdullayev Tural Rahim oğlu
Azərbaycan Respublikası, Neftçala rayonu, Ərəbqardaşbəyli kəndi.