Hilal Əliyev və başqalarından, Qax, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin bölgələrimizin inkişafı ilə bağlı verdiyiniz tapşırıqlar, regionlarımızın sosial-iqtisadi inkişafına dair qəbul etdiyiniz proqramlar uğurla icra olunur və bütün sahələrdə öz nəticələrini göstərir.
Qax rayonunun timsalında da görülən işlərin şahidi oluruq. Sizin Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyiniz Sərəncam kənd sakinlərinə sevinc hissləri bəxş etdi.
Cənab Prezident, verdiyiniz tapşırıqların yerinə yetirilməsi məqsədilə regionlara etdiyiniz səfərlər yerli sakinlər arasında böyük ruh yüksəkliyi yaradır. Sizin rəhbərliyinizlə görülən bu işlər biz qaxlılar tərəfindən böyük sevinclə və minnətdarlıqla qarşılanır. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə “Çox sağ olun” deyirik.
Allah Sizi və ölkəmizi qorusun.
Hörmətlə,
Əliyev Hilal
Zeynalov Harun və başqaları.
Qax rayonunun Qaxbaş kənd sakinləri
Azərbaycan Respublikası, Qax rayonu.