13 sentyabr 2022, 16:40

Fərhad Məhərrəmovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Qarabağ müharibəsi əlillərinə göstərdiyiniz sonsuz diqqət və qayğı Azərbaycan cəmiyyətində böyük rəğbətlə qarşılanır.

Mən Qarabağ müharibəsi əliliyəm. Qızımın münasib işlə təmin olunması üçün Sizə müraciət etmişdim. Müraciətim öz müsbət nəticəsini verdi və hazırda qızım 4 saylı DOST Mərkəzində çalışır. Dövlətimiz tərəfindən müharibə əlillərinin və onların ailə üzvlərinin məşğulluğu ilə bağlı müraciətlərə xüsusi diqqət və həssaslıqla yanaşılması Sizin Vətən müdafiəçilərinə olan sevgi və qayğınızın əyani göstəricisidir.

Həmçinin, qeyd etmək istəyirəm ki, mən 6600 manat məbləğində birdəfəlik ödəməni almışam. Hərbi qulluqçulara bu ödənişin olunması dövlət qayğısının daha bir təzahürüdür.

Hörmətli cənab Prezident, müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olan bu işlərə görə Sizə sonsuz minnətdarlığımı bildirirəm. Bizi sevindirdiyiniz üçün, çox sağ olun.

Hörmətlə,

Məhərrəmov Fərhad Məmməd oğlu

II qrup Qarabağ müharibəsi əlili

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.