Teymur Nəsirovdan, Cəlilabad, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbə Sizin yorulmaz, gərgin fəaliyyətinizin nəticəsidir. Siz siyasi, diplomatik, hərbi cəbhələrdə uğurla mübarizə aparırdınız. Müharibə dönəmində hər gün televiziya vasitəsilə, tviter hesabınız üzərindən xalqımıza müjdəli xəbərləri çatdırırdınız. Mən də bir azərbaycanlı kimi bu xəbərləri eşidəndə çox sevinirdim və qürur duyurdum.
Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər, aparılan islahatlar xalqımız tərəfindən böyük rəğbətlə və minnətdarlıqla qarşılanır. Biz cəlilabadlılar Sizin daxili və xarici siyasətinizi həmişə dəstəkləmişik, bundan sonra da dəstəkləyəcəyik.
Fürsətdən istifadə edərək Sizə dərin təşəkkürümü bildirir, ölkəmizin inkişafı, xalqımızın xoşbəxtliyi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Allah Sizi qorusun.
Hörmətlə,
Nəsirov Teymur İskəndər oğlu
Azərbaycan Respublikası, Cəlilabad rayonu.