14 sentyabr 2022, 12:50
Mülkem Dədədən, Kocaeli, Türkiyə
Hörmətli cənab Ali Baş Komandan.
Mən, 10 gün əvvəl qızımı Azərbaycan Tibb Universitetinə qeydiyyata saldırmaq və tələbə yataqxanasına yerləşdirmək üçün Azərbaycanda idim. Qardaş ölkədən və mənə göstərilən qonaqpərvərlikdən çox razı qaldım.
Qarabağ Zəfərində qəlbim hər zaman sizlərlə bərabər idi. Bu gün yenə həmin duyğuları yaşayıram. Siz və qüdrətli Azərbaycan Ordusu hər bir çətinliyin öhdəsindən gəlirsiniz. Mənə ehtiyacınız olmaya bilər, ancaq yenə də diqqətinizə çatdırmağı özümə borc hesab edirəm: qanımı son damlasına qədər Azərbaycan üçün verməyə hazıram.
Sizə minnətdarlığımı çatdırıram.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Mülkem Dədə
Türkiyə Respublikası, Kocaeli şəhəri.