14 sentyabr 2022, 16:13

Sevda Həsənovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Vətən müharibəsində düşmənin başını əzərək əzəli torpağımız olan doğma Qarabağımızı işğaldan azad etdiniz. Siz yüksək liderlik keyfiyyətlərinizlə dünyaya nümunə oldunuz. Xalqımızın birliyini, gücünü təcəssüm etdirən “Dəmir yumruğunuzla” bizə tarixi Zəfər qazandırdınız.

Cənab Prezident, ölkəmizdə şəhid ailələrinin, müharibə iştirakçılarının problemlərinin həllini daim diqqətdə saxlamağınız cəmiyyətimiz tərəfindən böyük rəğbətlə, minnətdarlıqla qarşılanır. Sizə öz adımdan və ailəm adından təşəkkür edir, möhkəm cansağlığı, xalqımız, dövlətimiz naminə işlərinizdə yeni uğurlar arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Həsənova Sevda Qaçay qızı

Azərbaycan Respublikası, Bakı şəhəri.