14 sentyabr 2022, 18:10
Gülmirə Vəliyevadan, Lerik, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin həssas ailələrə göstərdiyiniz diqqət və qayğı sayəsində biz firavan yaşayırıq. Bizim ailəmizə göstərilən qayğıdan razılıq edir və Sizə fəaliyyətinizdə yeni uğurlar arzu edirik.
Mənim övladımın sağlamlıq imkanları məhduddur. Ona görə hər ay mənə müavinət və təqaüd ödənilir. Ailəmiz aztəminatlı ailə olduğuna görə, eyni zamanda, bizə ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Bütün bunlar göstərir ki, dövlətimizin başçısı hər bir vətəndaşının yanındadır. Bizə bu şəraiti yaratdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm.
Hər zaman xalqın qayğısında duran Lider, Uca Tanrı Sizə yar olsun.
Hörmətlə,
Vəliyeva Gülmirə Tumar qızı
Aztəminatlı ailənin üzvü
Azərbaycan Respublikası, Lerik şəhəri.