Ağasəlim Camalovdan, Lənkəran, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Mən 44 günlük Vətən müharibəsinin iştirakçısıyam. Son günlərdə cəbhədə baş verən hadisələr və 50 hərbçimizin şəhid olması bir azərbaycanlı və bir döyüşçü kimi məni çox kədərləndirir. Yenidən silaha sarılmaq və şəhid qardaşlarımın qisasını almaq üçün döyüşlərə atılmaq istəyirəm. Əgər əmriniz olarsa ordu sıralarına yazılmağa, əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə istənilən an hazıram.
Sizin Ali Baş Komandanı olduğunuz Müzəffər Azərbaycan Ordusu Vətən müharibəsi dövründəki kimi, bu gün də yüksək hazırlıqlı və ayıq-sayıq olduğunu düşmənə göstərdi, onların təxribatlarının qarşısını müvəffəqiyyətlə aldı, arzularını gözlərində qoydu.
Eşq olsun Ali Baş Komandana, eşq olsun Azərbaycan əsgərinə!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Hörmətlə,
Camalov Ağasəlim Miribrahim oğlu
Vətən müharibəsi iştirakçısı
Azərbaycan Respublikası, Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsi.