16 sentyabr 2022, 10:19

Hüseyn Əzimidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlar nəticəsində Azərbaycan hərbi qulluqçularının şəhid olması ilə əlaqədar dərin kədər hissi keçiririk. Azərbaycandakı əfqan icması adından şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirik.

Arzu edirik ki, başınız hər zaman uca olsun, Azərbaycan bayrağı daim yüksəklərdə dalğalansın! Biz hər zaman Sizin və Azərbaycan xalqının yanındayıq.

Hörmətlə,

Hüseyn Əzimi

Azərbaycandakı əfqan icmasının rəhbəri

Azərbaycan Respublikası, Bakı şəhəri.