16 sentyabr 2022, 12:01

Rəsul Rəhimovdan, Şəmkir, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Öncə, Laçın, Kəlbəcər və Daşkəsən istiqamətlərində Ermənistan terrorçularının törətdikləri təxribatların qarşısını alarkən şəhid olmuş bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm.

Mənim atam Qarabağ müharibəsi veteranı, özüm 44 günlük Vətən müharibəsi iştirakçısıyam. Sizin müvafiq Sərəncamınıza əsasən "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif olunmuşam.

Döyüşlərdə iştirak etmək üçün hər an göstərişinizə hazıram.

Biz birlikdə güclüyük!

Hörmətlə,

Rəhimov Rəsul Ziyəddin oğlu

Azərbaycan Respublikası, Şəmkir rayonu, Ağlavaşlı kəndi.