06 sentyabr 2012, 10:15
Elmira Şükürovadan, Ağdam, Azərbaycan
Milli Ordumuzun zabiti Ramil Səfərovun Azərbaycana gətirilib Sizin Sərəncamınızla əfv edilməsi xəbəri hədsiz sevincimizə səbəb oldu. Belə bir addımı yalnız ulu öndər Heydər Əliyev kimi şəxsiyyətin davamçısı ata bilərdi.
Bu əzmkarlığa görə Sizə və ailənizə uzun ömür, cansağlığı arzulayırıq. Əminik ki, apardığınız siyasət nəticəsində Azərbaycan bayrağı tezliklə Qarabağımızda dalğalanacaqdır. Bu yolda Sizə uğurlar arzulayırıq.
Hörmətlə,
Ağdam rayon təhsil işçiləri adından təhsil şöbəsinin müdiri
Şükürova Elmira.
Azərbaycan Respublikası, Ağdam rayonu.