16 sentyabr 2022, 15:00

Ruslan Vəliyevdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mənfur düşmənin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribat bizi qəzəbləndirməklə yanaşı, birliyimizi daha da möhkəmləndirir. Azərbaycan xalqı hər zaman Sizin arxanızdadır və qəbul etdiyiniz bütün qərarları dəstəkləyir.

Rəşadətli Ordumuz düşmənə bir daha öz yerini göstərdi, şəhidlərimizin qanını yerdə qoymadı.

Mən bir gənc olaraq milli ordunun sıralarına qoşulub döyüşlərdə iştirak etmək üçün əmrinizə hər zaman hazıram.

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Vəliyev Ruslan Elşad oğlu

Azərbaycan Respublikası, Gəncə şəhəri.