17 sentyabr 2022, 10:33
Elvin Abbasovdan, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan,
44 günlük Vətən müharibəsində olduğu kimi, rəşadətli Ordumuz sentyabrın 12-də də genişmiqyaslı təxribat törədən Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuraraq geri çəkilməyə məcbur etmişdir. Əfsuslar olsun ki, təxribatın qarşısını alarkən igid oğullarımız şəhid olmuşlar. Lakin şəhidlərimizin qanı yerdə qalmadı və düşməndən intiqam alındı. Allah şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun!
Cənab Prezident, biz Sizin ətrafınızda sıx birləşmişik və inanırıq ki, düşmənin istənilən təxribatına bundan sonra da Ordumuz öz layiqli cavabını verəcək.
Biz Sizinlə fəxr edirik.
Allah Sizi, xalqımızı və Ordumuzu qorusun!
Hörmətlə,
Abbasov Elvin Faiq oğlu
Azərbaycan Respublikası, Şirvan şəhəri.