16 sentyabr 2022, 19:00

Alim Məhəmməddən, Yozqat, Türkiyə

Hörmətli cənab Prezident.

Azərbaycana sözdə deyil, əməldə qardaş ölkə olan Türkiyədən Sizə yazıram.

Təxribatçı ermənilərə qarşı apardığınız mübarizədə ehtiyac yaranarsa, könüllü olaraq düşmənlə sinə-sinəyə vuruşmaqdan çəkinməyəcəyimi bildirmək istəyirəm. Cismən uzaqda olsam da, ruhən yanınızdayam. Necə ki, öz ölkəm uğrunda canımı sevə-sevə verməyə hazıram, qardaş ölkəmiz üçün də bunu edərəm.

Hörmətlə,

Alim Məhəmməd

Türkiyə Respublikası, Yozqat şəhəri.