Etibar Xamıyevdən, Gədəbəy, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin uğurlu siyasətiniz biz aztəminatlı ailələrin də yaşayışına öz müsbət təsirini göstərir. Bu kateqoriyadan olan vətəndaşlara ünvanlı dövlət sosial yardımların təyin olunması, sosial müavinətlərin və təqaüdlərin verilməsi, onların özünüməşğulluq proqramına cəlb edilməsi ümumilikdə ölkə əhalisi tərəfindən razılıqla qarşılanır, el-oba içində təqdir olunur. Bizim ailəyə də ünvanlı dövlət sosial yardım təyin olunmuşdur.
Möhtərəm Prezident, ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə Sizə təşəkkür edir, uzun ömür, möhkəm cansağlığı, işlərinizdə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Xamıyev Etibar Yaqub oğlu,
aztəminatlı ailənin üzvü.
Azərbaycan Respublikası, Gədəbəy rayonu, Çalburun kəndi.