17 sentyabr 2022, 13:17

İlqar Quliyevdən, Ağstafa, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən bir şəhid atası olaraq şəhid ailələrinə, qazilərə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirəm. Sizin daimi diqqətiniz sayəsində biz pensiya və təqaüdlərimizi vaxtında alırıq. Cənab Prezident, Sizin kimi Ali Baş Komandanımız olduğuna görə qürur duyuruq. Siz Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi üçün yorulmaz səylər göstərmiş, hərbi, siyasi və diplomatik sahələrdə düşmənlə qətiyyətlə mübarizə aparmısınız. Bizim üçün Siz Vətən müharibəsi qəhrəmanısınız.

Allah Sizi və Ordumuzu qorusun!

Qarabağ Azərbaycandır!

Hörmətlə,

Quliyev İlqar Pioner oğlu (şəhid atası)

Azərbaycan Respublikası, Ağstafa rayonu, Qırılı kəndi.