05 sentyabr 2012, 10:25

Səlim Səfərovdan, Şəki, Azərbaycan

Möhtərəm Prezident!

Ramil Səfərovun əfv olunmasına dair verdiyiniz Sərəncam hər bir vətənpərvər azərbaycanlının ürəyincə olmuş, bu addımınız böyük rəğbətlə qarşılanmışdır. Bu nəcib əməlinizlə sübut etdiniz ki, Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz. Allah Sizi qorusun! Bu xeyirxahlığınıza görə bütün Şəki dindarları və camaatı adından Sizə dərin minnətdarlığımı bildirir, ulu Tanrıdan Sizə uzun ömür, cansağlığı və fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Hörmətlə,

Şəki dindarları adından Səfərov Səlim Rəhim oğlu,
Şəki-Qəbələ bölgə qazisi.

Azərbaycan Respublikası, Şəki şəhəri.