17 sentyabr 2022, 14:40
Şiraslan Baxışovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Bütün dünya bu günlərdə ermənilərin məkrli xislətinin bir daha şahidi oldu. Bədnam qonşularımızın törətdiyi təxribatlar regionda sabitliyi pozmağa yönəlmişdir və sülhü təhdid altına alır.
Düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Xalqımızın başı sağ olsun, dövlətimiz və millətimiz var olsun.
Cənab Ali Baş Komandan, Vətənimizin bütövlüyü və tərəqqisi naminə istənilən əmrinizlə könüllü olaraq yenidən Ordumuza qayıdaraq Vətəni müdafiə etməyə hazıram.
Hörmətlə,
Baxışov Şiraslan
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.