17 sentyabr 2022, 16:00

Kəmalə Cabbarova və başqalarından, İstanbul, Türkiyə

Hörmətli cənab Prezident.

Laçın, Kəlbəcər, Daşkəsən və Zəngilan rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların qarşısını alarkən qəhrəmancasına həlak olmuş şəhidlərimizə Allahdan rəhmət diləyirik.

“Xarı bülbül” Azərbaycan Video Teatr Cəmiyyətinin və Rimas Agentliyinin üzvləri olaraq, mənfur düşmənin bu xain hərəkətlərini qətiyyətlə pisləyir və ehtiyac yaranarsa Azərbaycan üçün hər bir fədakarlığa hazır olduğumuzu bildiririk.

Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!

Əsgərləriniz,

Kəmalə Cabbarova,

Yunus Soyupek,

Lətafət Ramazanova,

Engin Aybirdi,

Bülent Altay,

Minə Bayrakeri,

Elçin İmanov.

Türkiyə Respublikası, İstanbul şəhəri.