17 sentyabr 2022, 14:21

Xəyyam Qurbanlıdan, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən islahatlar, aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlər vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.

Mən aztəminatlı ailənin üzvü kimi ünvanlı sosial yardım alıram və bu, Sizin diqqətiniz, qayğınızın bariz nümunəsidir.

Cənab Prezident, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərlə Qarabağımıza yeni nəfəs, yeni həyat bəxş etdiniz. Aparılan bərpa, yenidənqurma işləri bizdə iftixar hissi doğurur. Sizə sonsuz minnətdarıq.

Siz qüdrətli ölkənin qətiyyətli liderisiniz.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Qurbanlı Xəyyam Ayət oğlu

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.