19 sentyabr 2022, 15:30
Aida Əliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Azərbaycan xalqının əzəli düşməni olan bədnam ermənilərə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qalib gəldiniz, doğma Qarabağımızı işğaldan azad etdiniz.
Cənab Prezident, Sizin sayənizdə başımızı dik tuturuq, qalib ölkə kimi öyünürük. Sizə şəxsən özümün və ailəmin adından təşəkkür edir, möhkəm cansağlığı, xalqımız, dövlətimiz naminə işlərinizdə yeni uğurlar arzulayıram.
Allah Sizi qorusun!
Hörmətlə,
Əliyeva Aida
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.