19 sentyabr 2022, 10:30
İpek Bayramdan, Konya, Türkiyə
Hörmətli cənab Prezident.
Sizə Türkiyədən müraciət edərək Azərbaycan əsgərinin Qarabağda erməni təxribatçılarına qarşı mübarizəsini dəstəklədiyimi, lazım gələrsə əsgərlikdə qazandığım biliklərlə qan qardaşlarımla çiyin-çiyinə vuruşmağa hazır olduğumu bildirirəm.
Azərbaycana xidmət etmək mənim üçün böyük şərəf olar. İnşallah, hər zaman qələbə Sizinlə olacaq, xalqınız Qarabağda gözəl günlər yaşayacaq.
Hörmətlə,
İpek Bayram
Türkiyə Respublikası, Konya şəhəri.