20 sentyabr 2022, 13:33

Rəşad Bayramovdan, Cəbrayıl, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Otuz ilə yaxın işğal altında qalmış tarixi torpaqlarımızı Sizin rəhbərliyinizlə müzəffər Ordumuz Vətən müharibəsində azad edərək xalqımızın həsrətinə son qoydu. Bu gün biz qalib ölkənin vətəndaşları olmaqdan qürur duyuruq.

Cənab Prezident, sentyabrın 12-də genişmiqyaslı təxribat törədən mənfur düşmənə Ordumuz növbəti dəfə sarsıdıcı zərbə vurdu və onu yerinə oturtdu.

Biz hər zaman Sizin və dövlətimizin yanındayıq, atdığınız bütün addımları dəstəkləyirik. İnanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz daim zəfərlər qazanacaq.

Allah Sizə və Ordumuza kömək olsun!

Hörmətlə,

Bayramov Rəşad Əbülfət oğlu

Azərbaycan Respublikası, Cəbrayıl rayonu.