20 sentyabr 2022, 14:15

Anar Qarayevdən, Yevlax, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Azərbaycan Cənubi Qafqazın ən böyük və qüdrətli dövlətidir. Tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində Sizin rəhbərliyinizlə qazandığımız böyük Zəfər dövlətimizin gücünün bariz göstəricisidir.

Cənab Prezident, bu yaxınlarda Ermənistanın törətdiyi təxribatlar nəticəsində hərbçilərimizin şəhid olması bizi çox kədərləndirdi. Ancaq Sizin rəhbərliyinizlə rəşadətli Ordumuz düşməndən şəhidlərimizin qisasını alaraq, “Dəmir yumruğun” yerində olduğunu bir daha nümayiş etdirdi. Sizə minnətdarlığımızı bildiririk.

Sizin sayənizdə Azərbaycan xalqı əbədi olaraq müzəffər xalq kimi yaşayacaq.

Allah Sizi və Ordumuzu qorusun.

Hörmətlə,

Qarayev Anar Saleh oğlu

Azərbaycan Respublikası, Yevlax rayonu, Ərəş kəndi.